IQNA

İngiltərədə uşaqlar üçün şəkilli Quran çap edildi

13:16 - August 17, 2018
Xəbər sayı: 3483678
Şirin Şərifin ideyası əsasında hazırlanan "uşaqlar üçün illüstrasiyalı Qurani-Kərim nüsxəsi" Avropa tədqiqat və fətvalar şurasının üzvü Abdullah bin Yusif Cədinin nəzarəti ilə çap və nəşr edilib.

İngiltərədə uşaqlar üçün şəkilli Quran çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin "İslami Mətnlərin İxtisaslaşdırılmış Nəşriyyatı" ilk dəfə uşaqlar üçün şəkilli və illüstrasiyalı Qurani-Kərim çap və nəşr etdi.

Şirin Şərifin ideyası əsasında hazırlanan "uşaqlar üçün illüstrasiyalı Qurani-Kərim nüsxəsi" Avropa tədqiqat və fətvalar şurasının üzvü Abdullah bin Yusif Cədinin nəzarəti ilə çap və nəşr edilib.

Altı yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş bu Quran nüsxəsi "Mənim ilk şəkilli Quranım" adı ilə çap edilmiş və Qurani-Kərimin 30-cu cüzünün surə və ayələrini şəkillər ilə izah edir.

Şəkilli Quran nüsxəsinin ideyaçısı Şirin Şərif bu barədə dedi: Adətən Qurani-Kərimi uşaqlara ayələrin məfhumunu öyrətmədən əzbərlətdirirlər. Buna görə də Quran ayələrini izah edən şəkillər ilə Quran nüsxəsi hazırlamaq qərarına gəldim ki, uşaqlar hər ayəyə aid şəkilləri görərkən həmin ayənin nədən danışdığını da başa düşsünlər.

http://iqna.ir/fa/news/3739068

Teqlər: iqna ، quran ، şəkilli quran
captcha