IQNA

Rusiya müsəlmanlarının Həcc səfəri

12:05 - August 19, 2018
Xəbər sayı: 3483693
Həcc mərasimi məsələsi Rusiya müsəlmanlarının mühüm mövzularından biridir və hər il təqribən 20 min rusiyalı müsəlman bu müqəddəs ziyarəti yerinə yetirmək üçün Ərəbistana səfər edirlər.

Rusiya müsəlmanlarının Həcc səfəriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həcc mərasimi məsələsi Rusiya müsəlmanlarının mühüm mövzularından biridir və hər il təqribən 20 min rusiyalı müsəlman bu müqəddəs ziyarəti yerinə yetirmək üçün Ərəbistana səfər edirlər.

Bu barədə İQNA-ya Rusiyanın Moskva şəhərinin Puşkin adına dövlət universitetinin doktornatura pilləsinin tələbəsi və Moskva Müsəlman Tələbələr Birliyinin elmi katibi Cəbrayıl Nəcəfi danışıb.

Müsəlmanların dünyanın ən böyük ölkəsi olan Rusiyanın bütün yerlərində yaşayırlar. Amma daha çox Moskva və Moskva ətrafında olan şəhərlərdə, Sankt-Peterburqda, Çeçenistan, İnguşetiya, Dağıstan, Kabardina Balkariya, Qaraçay-Çərkəz, Tatarıstan kimi cümhuriyyətlərdə və şimali qafqazın Stavropol kimi əyalətlərində mərkəzləşiblər.

Rusiya müsəlmanlarının sayı 25 milyon nəfər civarındadır. Onların çoxu əhli-sünnədir. Şiə müsəlmanları Rusiya əhalisinin bir faizini və müsəlmanların üç faizini təşkil edirlər. Şiələrin sayı iki milyon nəfər civarında təxmin edilir ki, onların da əksəriyyəti azərbaycanlılardır.

Həcc mərasimi məsələsi Rusiya müsəlmanlarının mühüm mövzularından biridir və hər il təqribən 20 min rusiyalı müsəlman bu müqəddəs ziyarəti yerinə yetirmək üçün Ərəbistana səfər edirlər. Bundan öncə Rusiyanın Həcc quotası 16 min nəfər idi, amma müsəlmanların dəfələrlə bu barədə müraciəti nəzərə alınaraq bu səhmi artırdılar və hazırda hər il 23 min nəfər rusiyalı Həcc mərasiminə qatıla bilər.

Bu ilin rəsmi hesabatına görə, 2018-ci ildə Rusiyanın Dağıstan cümhuriyyətindən 10 min nəfər, Krım tatarlarından 100 nəfər, Tatarıstan cümhuriyyətindən 800 nəfər müsəlman Həcc mərasiminə yollanıb. Əlbəttə Tatarıstandan Həcc mərasiminə gedənlərin sayının bu il 1800 nəfərə və Krımdan gedənlərin sayının isə 600 nəfər qədər artacağı gözlənilir.  

http://iqna.ir/fa/news/3739492   

Teqlər: iqna ، həcc ، rusiya ، tatarıstan ، Çeçenistan
captcha