İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanda mübarək Qurban bayramı münasibəti ilə üç günlük atəşkəs elan edilib.
"Sputnik"in bu barədə verdiyi məlumatda deyilir ki, Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni dünən, həftənin bazar günü, 19 Avqust 2018-ci il, bu ölkədə döyüşən silahlı qruplaşmalar arasında üç günlük şərtli atəşkəs elan olunduğunu xəbər verib.
Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni deyib ki, Qurban bayramı münasibəti ilə əldə edilən bu atəşkəs bu gündən, həftənin birinci günü, 20 Avqust 2018-ci il, başlayır.