IQNA

İordaniyada "İslamda beynəlxalq sülhün təsviri" nəşr edildi

7:24 - August 20, 2018
Xəbər sayı: 3483700
"Müsəlmanlar keçmişdəki həmin sürətlə öz mədəniyyətlərini bütün dünyada yaya bilərlər, bu şərtlə ki, öz qədim əxlaqi dəyərlərinə qayıtsınlar, dünya müsəlmanların mədəniyyəti qarşısında zəifdir".

İordaniyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyada araşdırmaçı yazar Məhəmməd Övni Hicazinin qələmə aldığı "İslamda beynəlxalq sülhün təsviri" adlı kitab çap və nəşr edildi.

İordaniyanın "Vail" nəşriyyatının çap və nəşr etdiyi bu kitab Ərəb dilində yazılmışdır. Kitabın birinci bölməsində insanların fərdi sülhsevərliyindən və ikinci bölməsində isə müsəlman cəmiyyətlərində sülhddən və sonuncu bölməsində İslam və beynəlxalq sülhdən söhbət açılıb.  

Kitabda yazılır: "İslam keçmiş əsrlərdə bəşəriyyəti vahid insani qafilədə toplayaraq sülhü hər yerə yaymağı bacarmışdı. İngiltərəli qəzet yazarı və Qurani-Kərimi İngilis dilinə ən yaxşı tərcümə edənlərdən biri olan Marmadul Piktal yazır: "Müsəlmanlar keçmişdəki həmin sürətlə öz mədəniyyətlərini bütün dünyada yaya bilərlər, bu şərtlə ki, öz qədim əxlaqi dəyərlərinə qayıtsınlar, çünki dünya müsəlmanların mədəniyyəti qarşısında müqavimət göstərə bilməz".

Hicazi vurğulayır ki, İslam dininin bütün qanunları sülhdən qaynaqlanır. Bəzi müsəlmanların ifratçı və radikal hərəkətləri cəhalətin nəticəsi və dininin həqiqətinin dərk edilməməsidir və İslam dini ilə heç bir əlaqəsi yoxdur.

Müəllif kitabın sonunda açıqlayır ki, İslam dini müharibə, dağıtmaq, qan tökmək və qətliam tərəfdarı deyil. Bəzi müsəlmanların etdikləri onların yanlış anlayışının nəticəsidir. Müsəlmanlar öz keçmiş üstünlüklərini geri qaytarmaq üçün İslam dininin həqiqi əxlaq və prinsiplərinə dönməlidirlər.   

http://iqna.ir/fa/news/3739794  

captcha