IQNA

Rusiyalı hərbiçilər Suriyadan geri döndülər

9:00 - August 21, 2018
Xəbər sayı: 3483706
Rusiyanın Suriyada olan hərbiçilərindən iki yüz nəfəri öz məmuriyyətlərinin başa vurduqdan sonra Çeçenistandakı hərbi qərargahlarına döndülər.

Rusiyalı hərbiçilər Suriyadan geri döndülərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın Suriyada olan hərbiçilərindən iki yüz nəfəri öz məmuriyyətlərinin başa vurduqdan sonra Çeçenistandakı hərbi qərargahlarına döndülər.

Rusiya federasiyasının müdafiə nazirliyi bəyaniyyə yayaraq elan edib: Rusiyanın polis hərbi alayının iki yüz silahlı döyüşçüsü Suriyada öz məmuriyyətlərini başa vurduqdan sonra dünən, həftənin birinci günü, 20 Avqust 2018-ci il, Çeçenistandakı hərbi qərargahlarına dönüblər.

Bəyaniyyədə bu hərbiçilərə Suriyanın şəhər təchizatının qorunması, Suriya qaçqın karvanlarının mühafizəsi və qaçqınların salamatçılığının təmin edilməsi yönündə göstərdikləri xidmətlərə görə, təşəkkür edilib.   

http://iqna.ir/fa/news/3740273

Teqlər: iqna ، suriya ، rusiya ، Çeçenistan
captcha