IQNA

Buqdanov Ərəbistan səfiri ilə görüşdü

9:10 - August 21, 2018
Xəbər sayı: 3483707
Bu iki tərəfli görüşdə iki ölkənin münasibətlərinin genişləndirilməsi və artırılmasına təkid edilib və tərəflər ölkələri arasında hərtərəfli əlaqələrin gücləndirilməsini istəyiblər.

Buqdanov Ərəbistan səfiri ilə görüşdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya prezidentinin Orta Şərq və Afrikanın şimalı məsələləri üzrə müşaviri və Rusiya xarici işlər nazirinin müavini Mixayıl Buqdanov dünən, həftənin birinci günü, 20 Avqust 2018-ci il, Səudiyyə Ərəbistanın Moskvadakı səlahiyyətli səfiri Xalid Qərməli ilə görüşüb.

Rusiya federasiyasının xarici işlər nazirliyinin beynəlxalq əlaqələr və mətbuat şöbəsinin verdiyi məlumata görə, bu görüşdə Orta Şərqin hazırkı böhranı barədə müzakirə və fikir mübadiləsi olub. Əsas söhbət isə Suriya, Yəmən və Fars Körfəzi regionunun hazırkə vəziyyəti üzərində aparılıb.

Bu iki tərəfli görüşdə iki ölkənin münasibətlərinin genişləndirilməsi və artırılmasına təkid edilib və tərəflər əlaqələrin gücləndirilməsini istəyiblər.  

http://iqna.ir/fa/news/3740283

Teqlər: iqna ، suriya ، ərəbistan ، buqdanov ، rusiya
captcha