IQNA

Ğəlvəşi İmam Hüseyn (ə) məscidi məşhurlaşdırdı – MP3

8:35 - August 29, 2018
Xəbər sayı: 3483752
Misrin məşhur və beynəlxalq dərəcəli Quran ustadı, peşəkar Quran qarisi Rağib Mustafa Ğəlvəş 1938-ci ildə anadan olmuşdur. O, on yaşınadək Qurani-Kərimi əzbərlədi...

Ğəlvəşi İmam Hüseyn (ə) məscidi məşhurlaşdırdı – MP3İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin məşhur və beynəlxalq dərəcəli Quran ustadı, peşəkar Quran qarisi Rağib Mustafa Ğəlvəş 1938-ci ildə anadan olmuşdur. O, on yaşınadək Qurani-Kərimi əzbərlədi, 14 yaşında ikən qiraətinin şöhrəti yaşadığı regionda yayılmışdı. Ğəlvəş 20 yaşında olarkən isə məşhur Quran qarisi idi.

Ğəlvəşin uşaqlıqdan gözəl və mətanətli səsi var idi. Quranı əzbərdən avazla oxuyurdu.

Məşhur qarinin məşhurlaşma dastanı əsgərliyindən başlayır. Ğəlvəşin əsgərlik etdiyi hərbi hissə Qahirənin İmam Hüseyn (ə) məscidinə yaxın idi. O, hər gün Əsr namazını qılmaq üçün bu məscidə gedirdi. Həmin zaman məscidin qarisi Taha Əlfəşəni idi. Ğəlvəş Taha Əlfəşəniyə yaxınlaşmasa da məscidin məsulları ilə danışır və deyirdi ki, mən də gözəl Quran oxumağı bacarıram. Bir dəfə hansısa səbəbdən Taha Əlfəşəni məcsidə gəlmir və həmin gün məscidin məsulları Ğəlvəşi Quran oxumağa dəvət edirlər. Təsadüfən həmin gün Qahirə radiyosunun rəisi Məhəmməd Əmin Həmmad məsciddə olur. Ğəlvəşin avazının gözəlliyinə və qiraətinə heyran olan Həmmad onu radiyoya dəvət edir. Və Ğəlvəş ilk dəfə həmin zaman radioda tilavət edir və məşhurlaşır.

İndi isə Ğəlvəşin həmin il, 1960-cı il, Qahirənin İmam Hüseyn (ə) məscidində tilavət etdiyi Haqqə surəsinin audio yazısını oxucularımıza təqdim edirik:

 HAQQƏ

 

kod

 

http://iqna.ir/fa/news/3740444

 

Teqlər: qiraət ، haqqə ، misr ، qahirə ، iqna
captcha