IQNA

İşğal edilmiş torpaqlarda məscid: Əlcəzar – Foto

17:44 - August 29, 2018
Xəbər sayı: 3483758
İslam dünyasının tarixi və qədim məscidlərindən biri də işğal edilmiş Fələstin torpaqlarındakı Əka şəhərinin "Əlcəzar məscidi"dir.

İşğal edilmiş torpaqlarda məscid: Əlcəzar – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının tarixi və qədim məscidlərindən biri də işğal edilmiş Fələstin torpaqlarındakı Əka şəhərinin "Əlcəzar məscidi"dir.

Bu məscid Əka şəhərinin şimali "Əlcəzar" xiyabanında yerləşir. Məscidin 237 yaşı vardır və bu məscidin banisi Əhməd Əlcəzarın adını daşıyır. Əhməd Əlcəzar 18-ci əsrin axırlarında Osmanlı imperatorluğu tərəfindən Fələstinin şimal torpaqlarının hakimi olmuşdur.

Fələstinin Əka şəhərinin ən böyük, ən qədim və ən əzəmətli məscidlərindən biri olan bu məscidə həm də "Paşa camesi" deyilir.

El arasında danışılanlara görə, Həzrət Məhəmməd (ə) peyğəmbərin mübarək saçından bir teli də bu məsciddə saxlanılır. Hər il Fitr bayramı günü həmin saç telini sərgiyə çıxarırlar. Bu saç teli 1901-ci ildə İstambulun "Sulatan Əhməd məscidi"dən (Göy məscid) Əlcəzar məscidinə gətirilib.

Əlcəzar məscidi əslində Yunan memarlarının tikdiyi kilsə olub. Dağılmış kilsənin xarabalıqlarında 1781-ci ildə məscid tikilmişdir.

Əlcəzar məscidinə "Paşa camesi", "Cameul-Ənvar" (Nurlar toplusu) və "Məscidul-Əbyəz" (Ağ məscid) də deyilir.

http://iqna.ir/fa/news/3740860  

آشنایی با مسجد «الجزار» در سرزمین‌های اشغالی +عکس

 

آشنایی با مسجد «الجزار» در سرزمین‌های اشغالی +عکس

آشنایی با مسجد «الجزار» در سرزمین‌های اشغالی +عکس

captcha