IQNA

Rumda tarixi kilsənin damı çökdü

19:37 - August 31, 2018
Xəbər sayı: 3483762
İtaliyanın Rum şəhərindəki tarixi "Qiddis Yusif Nəccar" kilsəsinin damı, tavanı çökdü. Rum şəhərində yerləşən bu tarixi və qədimi kilsə rəvayətə əsasən, qədim bir zindanın üzərində tikilmişdir.

Rumda tarixi kilsənin damı çökdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İtaliyanın Rum şəhərindəki tarixi "Qiddis Yusif Nəccar" kilsəsinin damı, tavanı çökdü.

İtaliaynın Rum şəhərində yerləşən bu tarixi və qədimi kilsə rəvayətə əsasən, qədim bir zindanın üzərində tikilmişdir.

Deyilənlərə görə, həmin zindanda Qiddis Şəmun (Həzrət İsanın (ə) 12 həvarisindən biri ki, müasir kitablarda adı Petrosdur) çarmığa çəkilməmişdən öncə həbs edilərək saxlanılırmış.

Rumun yanğından mühafizə idarəsinin bu barədə verdiyi məlumata görə, hadisə baş verən günü, dünən, 30 Avqust 2018-ci il, kilsənin qapısı bağlı olub. Buna baxmayaraq fövqəladə hallar nazirliyinin işçiləri dağıntıların altında kiminsə qalıb-qalmamasını dəqiqləşdirmək üçün lazım olan işləri görüblər.

Qiddis Şəmunun şəninə Yusif Nəccar tərəfindən tikilmiş bu kilsə miladın 16-cı əsrində inşa edilmişdir.

Kilsədən daha çox nikah mərasimləri üçün istifadə edirdilər.

http://iqna.ir/fa/news/3742791

Teqlər: iqna ، kilsə ، rum ، qiddis
captcha