IQNA

Şimali Koreyanın prezidenti:

Fələstin dövləti və ölkəsinin qurulmasını dəstəkləyirik

23:22 - August 31, 2018
Xəbər sayı: 3483766
Şimali Koreyanın prezidenti Kim Cung Un deyib: Fələstin dövləti və ölkəsinin qurulmasını və Fələstinin xalqının hüquqlarının qorunmasını dəstəkləyirik.

Fələstin dövləti və ölkəsinin qurulmasını dəstəkləyirikİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şimali Koreyanın prezidenti Kim Cung Un deyib: Fələstin dövləti və ölkəsinin qurulmasını və Fələstinin xalqının hüquqlarının qorunmasını dəstəkləyirik.

O, bu sözləri Fələstin Muxtar Təşkilatının rəisi Mahmud Abbasa ünvanladığı ismarıcda deyib.

Kim Cung Un bu ismarıcda müstəqil Fələstin dövlətinin qurulmasını himayət etdiyini vurğulayıb.

Kim Cung Un bu ismarıcda Fələstin millətinin ədaləti mübarizə ilə öz qanuni haqlarını geri alacaqlarına və paytaxtı Qüds olan Fələstin dövlətini quracaqlarına ümidvar olduğunu deyib.

Şimali Koreyanın prezidentinin ismarıcını bu ölkənin Misrdəki səfiri Madung Huy Fələstinin Qahirədəki səfiri Diyab Lovha çatdırıb.

İki ölkənin səfiri bu görüşdə Fələstin, Qüds və Qəzzə məsələlərini, sionist rejimin Qərb Sahillərində şəhərsalma və yəhudiləşdirmə mövzularını müzakirə ediblər.

http://iqna.ir/fa/news/3742815

captcha