IQNA

Təbrizli alim Ayətullah Ğərəvi Əliyari fəvat etdi

10:59 - September 08, 2018
Xəbər sayı: 3483807
Qum Elmi Dini Hövzəsinin qədim, məşhur, zəhmətkeş ustadlarından və "Mübariz Ruhanilər Təşkilatı"nın təsisçilərindən biri olan Həzrət Ayətullah Mirza Cavad Ğərəvi Əliyari haqq diyarına köçdü.

Təbrizli alim Ayətullah Ğərəvi Əliyari fəvat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qum Elmi Dini Hövzəsinin qədim və məşhur ustadlarından olan Həzrət Ayətullah Mirza Cavad Ğərəvi Əliyari haqq diyarına köçdü.

Həzrət Ayətullah Mirza Cavad Ğərəvi Əliyari hicri-şəmsi tarixi ilə 1313-cü ildə (1934) Təbriz şəhərində elm, dindarlıq, təqva və fəzilətdə dillər əzbəri olan bir ailədə dünyaya göz açdı.

Seyid Əbulqasim Xoi, Seyid İbrahim İstəhbanati, Seyid Mürtəza Firuzabadi, Seyid Nəsrullah Müstənbit, Mirza Məhəmməd Qaini, Mirza Əhməd Əli Tövhidi, Seyid Cəfər Cəzayiri, Mirza Məhəmməd Əli Sərabi və digər məşhur ustadların hüzurunda dini elmi təhsilini başa vurdu.

İmam Xomeyni, Seyid Məhəmmədrza Gülpayqani, Seyid Şəhabuddin Mərəşi Nəcəfi, Mirza Haşim Amuli, Hacı Şeyx Məhəmməd Əraki və Seyid Məhəmməd Mühəqqiq Damada onun Qum şəhərindəki ustadlarından bəziləridirlər.

O, Qumda və Tehranda yaşadığı müddətdə İslam İnqilabının nəticə verməsi və İslam İnqilabının yaşaması və müdafiəsi üçün əlindən gələni əsirgəmədi. İnqilabın baş verməsi üçün də bütün hərəkatlarda aktiv iştirak etdi. Bu yolda dəfələrlə həbs də edildi.  

Həzrət Ayətullah Mirza Cavad Ğərəvi Əliyari Qum Elmi Dini Hövzəsinin zəhmətkeş ustadlarından və “Mübariz Ruhanilər Təşkilatı”nın təsisçilərindən biri idi.    

http://iqna.ir/fa/news/3744712

captcha