IQNA

Bəsrə hava limanına hücum edildi

13:14 - September 08, 2018
Xəbər sayı: 3483810
İraqın təhlükəsizlik qüvvələrinin informasiya qaynağının verdiyi məlumata əsasən, Amerika konsulluğunun yaxınlığında yerləşən Bəsrə Hava Limanına qumbaraatanlarla hücum edilib.

Bəsrə hava limanına hücum edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələrinin informasiya qaynağının verdiyi məlumata əsasən, Amerika konsulluğunun yaxınlığında yerləşən Bəsrə Hava Limanına qumbaraatanlarla hücum edilib.

İraqın cənubunda yerləşən Bəsrə şəhərinin beynəlxalq hava limanına dörd dəfə əlqumbaraatanı ilə atəş açılıb. Amerika konsulluğu da bu hava limanının yaxınlığında yerləşir.

Xəbər qaynağının dediyinə görə, qumbaralar hava limanının yaxınlığında boş səhraya düşüb və heç bir insani və maddi xəsarəti olmayıb.

Təhlükəsizlik mənbələri Amerika konsulluğuna gedən yolları bağlayıblar və etirazçıları bu ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, sosial xidmətlərin zəifliyinə, məişət və iqtisadi çətinliyə etiraz edən aksiyaçılar keçən gecə (Cümə günü) İran İslam Respublikasının Bəsrədəki konsulluğuna hücum edərək yandırıblar.

http://iqna.ir/fa/news/3744864  

Teqlər: iqna ، bəsrə ، İraq ، konsulluq ، hava limanı
captcha