IQNA

23:11 - September 08, 2018
Xəbər sayı: 3483811
Səmavi dinlərin nümayəndələrinin görüşündə Avropanın mədəniyyət paytaxtı adlanan Florans şəhərində məscid tikmək üçün tarixi müqavilə imzalandı.

Avropanın mədəniyyət paytaxtında məscid tikilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, səmavi dinlərin nümayəndələrinin görüşündə Avropanın mədəniyyət paytaxtı adlanan Florans şəhərində məscid tikmək üçün tarixi müqavilə imzalandı.

İtaliyanın Florans şəhərində tikiləcək məscidin sahəsi 11 min kv.metr olacaqdır. Məscid üçün ayrılmış yer kilsənin əmlakındandır.  

İtaliyanın Florans şəhərində məscid tikmək üçün keçirilən görüşdə “İslam Dünyası Birliyi”nin baş katibi Məhəmməd ibn Əbdülkərim İsa, Florans şəhərinin meri, Florans şəhər kilsəsinin kardinalı və yəhudi məbədinin xaxamı iştirak ediblər.

İtaliyanın digər şəhərlərində məscidlər olsa da, ilk dəfədir ki, Florans da məscid tikiləcəkdir.  

Qeyd edək ki, son illərdə Avropada, o cümlədən İtaliyada müsəlman cəmiyyətin çoxalması müxtəlif şəhərlərdə məscidlərin çoxalmasını sürətləndirib.

http://iqna.ir/fa/news/3745049

Teqlər: avropa ، iqna ، florans ، məscid
Ad:
E-poçt:
* Comment: