IQNA

6:57 - September 09, 2018
Xəbər sayı: 3483815
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “əl-Eyn” şəhərində min il öncə tikilmiş bir məscidin qalıqları kəşf edildi. Yeni kəşf edilmiş məscid bu ölkədəki ən qədim məscid hesab edilir.

Min illik məscidin qalıqları tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “əl-Eyn” şəhərində min il öncə tikilmiş bir məscidin qalıqları kəşf edildi. Yeni kəşf edilmiş məscid bu ölkədəki ən qədim məscid hesab edilir.

BƏƏ-nin Mədəniyyət və Turizm Nazirliyinin arxeoloqları bu məscidin qalıqlarını əl-Eyn şəhərinin “Şeyx Xəlifə məscidi”nin tikildiyi yerin yaxınlığında aparılan qazantılar zamanı tapıblar.

Məscidin tarixi Abbasilər xilafətinin ilk dövrlərinə aiddir. Qədimi bir çayın yaxınlığında tapılan bu məscidin qalıqları göstərir ki, məscid üç hissədən ibarət olub və çiy kərpicdən tikilib.

Məscidin mehrabı, məscidin iç və çöl divarında divardaxili taxçası və dəstəmaz almaq üçün kuzələrinin də qalıqları aşkar edilib. Bu kuzə qalıqlarının tarixi hicri-qəməri ili ilə 3-cü və 4-cü əsrlərə aiddir.  

http://iqna.ir/fa/news/3745033

Teqlər: iqna ، məscid ، kuzə ، taxça ، arxeoloq
Ad:
E-poçt:
* Comment: