IQNA

Tarixdə ilk dəfə:
9:24 - September 10, 2018
Xəbər sayı: 3483821
Firon ailəsinə məxsus olan iki otaqlı qəbiristanlığın divarlarında qəbir sahibləri tərəfindən rəsmlərlər bəzədilib, misrlilərin həyat tərzi (ovçuluq, rəqqaslıq və s...) divar rəsmlərində ifadə edilib.

Misrin 4000 illkik qəbiristanlığı turistlərin üzünə açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misr dövləti tarixdə ilk dəfə olaraq bu ölkənin 4000 illik qəbiristanlığının qapılarını vətəndaşlarının və turistlərin üzünə açdı.

Misr dövləti ilk dəfə olaraq vətəndaşlarına və turistlərə Cizə şəhərinin Səqarə rayonunda yerləşən və 4 min il tarixi olan qəbiristanlığa girmələrinə icazə verib.

Bu tarixi qəbiristan Fironların altıncı padşahının saray məsullarından və birinci dərəcəli qohumlardan biri olan Mihu tərəfindən inşa edilib.

Dörd min il tarixi olan “Mihu” qəbiristanlığı 1940-cı ildə arxeoloq Zəki Səid tərəfindən kəşf edilmişdi.

Firon ailəsinə məxsus olan bu iki otaqlı qəbiristanlığın divarlarında qəbir sahibləri tərəfindən rəsmlərlər bəzədilib, misrlilərin həyat tərzi divar rəsmlərində ifadə edilib. Divar rəsmlərində ovçuluq və rəqqaslıq da gözə çarpır.

Misr dövləti turizm sahəsinin gücləndirilməsi məqsədi ilə tarixdə ilk dəfədir ki, tursitlərə bu qəbiristanlığı ziyarət etmək icazəsi verir.

http://iqna.ir/fa/news/3745142

Ad:
E-poçt:
* Comment: