IQNA

12:30 - September 10, 2018
Xəbər sayı: 3483825
Bəhreynin “Vəfa” hərəkatının tərəfdarları Amerika və İngiltərə silahlı qüvvələrinin ölkələrindən çıxıb getmələrini tələb edirlər.

Bəhreynlilər xarici qüvvələrin ölkələrindən çıxmasını istədilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin “Vəfa” hərəkatının tərəfdarları Amerika və İngiltərə silahlı qüvvələrinin ölkələrindən çıxıb getmələrini tələb edirlər.

Onlar keçən həftənin Şənbə günü (8 Sentyabr 2018) bəyaniyyə yayaraq İngiltərə və Amerika hərbi qoşunlarına məxsus dəniz silahlı qüvvələrin Bəhreyndəki əxlaqi rüsvayçılıqlarının “kiv”lərdə mediada işıqlandırılmamasına etiraz ediblər.

“Vəfa” hərəkatı yaydığı bəyaniyyədə xarici ölkələrin silahlı qüvvələrinin əxlaqsız rəftarlarını və bu məsələnin Bəhreyn mediyasında işıqlandırılmamasını önə çəkərək vurğuladı: Bu rüsvayçılıq göstərir ki, ölkə öz hakimiyyətindən əlini üzmüşdür.  

Bəhreynin “Vəfa” hərəkatının tərəfdarları Amerikanın mədəni cəmiyyətlərindən istəyiblər ki, ABŞ silahlı qüvvələrinin Bəhreyndə qalmasına öz etirazlarını bildirsinlər. Çünki xarici silahlı qüvvələrin Bəhreyndə qalması ölkədə sülhü, təhlükəsizliyi və siyasi maraqları təhdid edir.  

Qeyd edək ki, hazırda Bəhreyndə İngiltərə və Amerika hərbi qüvvələrinə aid 8500 silahlı vardır.  

http://iqna.ir/fa/news/3745395

Teqlər: iqna ، bəhreyn ، amerika ، ingiltərə
Ad:
E-poçt:
* Comment: