IQNA

Qadınlar üçün polis akademiyası şəhərciyi tikilir

8:51 - September 11, 2018
Xəbər sayı: 3483830
Dövlət tərəfindən qadın polislər və onların ailələri üçün tikilən bu şəhərcik qadınların polisə üzv olması prosesini sürətləndirəcəkdir.

Qadınlar üçün polis akademiyası şəhərciyi tikilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dövlət tərəfindən qadın polislər və onların ailələri üçün tikilən bu şəhərcik qadınların polisə üzv olması prosesini sürətləndirəcəkdir.

Əfqanıstan dövlətinin qadınları polis qüvvələrinin sıralarına qatılmağa həvəsləndirmək üçün atdığı bu addım qadın polislərin çoxaldacaqdır.

Dövlətin tikdiyi şəhərcikdə qadın polislər və onların ailələrinin yaşaması üçün hər bir şərait olacaqdır.

Verilən məlumata görə, Kabul şəhərinin yaxınlığında inşa  ediləcək qadın polis şəhərciyinin tikintisinə başlanımışdır.

Qeyd edək ki, hazırda Əfqanıstan polisində 3000 nəfər qadın polisi xidmət edir ki, bu da ölkənin polis qüvvələrinin təkcə 2 faizini təşkil edir.

Terroristlər tərəfindən polis qüvvələri idarəsinə və bəzən də polislərin yaşadığı məkanlara qarşı edilən hücumlar qadınların polis qüvvələri sıralarında yazılmasına mane olur. Buna görə də dövlət qadın polislərə yaşamaq üçün bütün imkanlar ilə təchiz edilmiş şəhərcik tikmək qərarına gəlib.   

http://iqna.ir/fa/news/3745702  

Teqlər: iqna ، polis ، qadın polisi ، Əfqanistan
captcha