IQNA

9:06 - September 11, 2018
Xəbər sayı: 3483831
İraqın Kərbəla şəhərinin polis rəisi bəyaniyyə yayaraq bildirib ki, İmam Hüseyn (ə) əzadarlığında məzhəbi təfriqəçilik salan və siyasi şüarların verilməsi qadağandır.

Əzadarlıqda təfriqəçi şüarların verilməsi qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərinin polis rəisi bəyaniyyə yayaraq bildirib ki, İmam Hüseyn (ə) əzadarlığında məzhəbi təfriqəçilik salan və siyasi şüarların verilməsi qadağandır.

Bəyaniyyədə deyilir: Məhərrəmlik günlərində və İmam Hüseynin (ə) əzadaqlıq mərasimlərində ayrımçılıq, firqəçilik, iğtişaş yaradan, siyasi çəkişmələrə aid olan və təfriqə salan şüarlar səsləndirmək qadağandır.

Həmçinin bəyaniyyədə Məhərrəmlik mərasimlərində İraqın təhlükəsizlik qüvvələrinin əzadarların təhlükəsizliyini qorumaq üçün lazım olan bütün tədbirlərin görüldüyü də qeyd edilib. Ziyarətçilərin Kərbəlaya giriş və çıxış nöqtələri elan edilib.

Kərbəla şəhərinin polis rəisi vurğulayıb ki, ziyarətçilərin hava, su və qurudan gəliş və gediş marşurutları təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Yanğın söndürən maşınların hərəkəti və zəvvarlara tibbi yardım göstərməyi sürətləndirmək üçün xüsusi yol ayrılıb.

Bəyaniyyənin davamında deyilir ki, AŞURA və ƏRBƏİN mərasimlərinin bütün dünyaya yayılmasının maneəsiz həyata keçməsi üçün jurnalistlər barədə heyətlər, hüseyniyyələr və “mukəb”lərə xüsusi tapşırıq verilmişdir.

http://iqna.ir/fa/news/3745529  

Teqlər: iqna ، kərbəla ، aşura ، ərbəin
Ad:
E-poçt:
* Comment: