İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Geo Tv” peyk televiziya kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistanın sərhəd polisi ölkənin Bəluçistan əyalətində böyük bir terror əməliyyatı planının qarşısının alındığını xəbər verib.
Pakistanın silahlı qoşunlarının ümumi əlaqələr və informasiya şöbəsi məlumatı təsdiqləyərək elan edib ki, həftənin birinci günü, 10 Sentyabr 2018-ci il, Bəluçistanın “Qəmər Din Kariz” sərhəd rayonunda ümumi çəkisi 235 kq. olan 21 ədəd əldə düzəldilmiş partlayıcı qurğu aşkarlanıb.
Bəluçistan polis qüvvələri açıqlamasında bildirib ki, bu partlıyıcı qurğular Məhərrəmlik mərasimlərində əzadarlıq dəstələrinə terror hücumu məqsədi ilə regiona gətirilib.
Pakistan dövləti Məhərrəmlik mərasimlərinin başlanması münasibəti ilə ölkədə təhlükəsizlik tərbirlərini gücləndirmişdir.