IQNA

18:40 - September 12, 2018
Xəbər sayı: 3483840
Qeyd edək ki, 26 avqustdan etibarən Milli Uzlaşma Hökumətinə (MUH) bağlı hərbi birliklər arasında döyüşlər başlayıb. Atışmalar zamanı 78 nəfər ölüb, 210 nəfər isə yaralanıb.

Liviyada şiddətli atışmalar yenidən başladıIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın paytaxtı Tripolidə 8 gün öncə əldə edilən atəşkəs yenidən pozulub.

Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, şəhərin Bəvvabə əl-Cəbs bölgəsi və Beynəlxalq Mitiqia Hava Limanı yaxınlığında ağır texnikalarla atışmalar gedir.
 
“Əl-Əhrar” kanalı hava limanına roket hücumu edildiyini açıqlayıb. Hazırda Mitiqa hava limanına gələn təyyarələr Mısrata hava limanına yönləndirilir.
 
Qeyd edək ki, 26 avqustdan etibarən Milli Uzlaşma Hökumətinə (MUH) bağlı hərbi birliklər arasında döyüşlər başlayıb. Atışmalar zamanı 78 nəfər ölüb, 210 nəfər isə yaralanıb.
 
İddialara görə, Tərhunə Yeddinci Alayı şəhəri milislərdən təmizləməyə, digər iddialara görə isə şəhərdə əsas gücü ələ keçirməyə çalışdığı bildirilir.
 
MUH isə Tərhunə Yeddinci Alayını ləğv etdiyini və hazırda tərkibinə daxil olmadığını açıqlayıb.
 
Qeyd edək ki, tərəflər arasında 4 sentyabrda atəşkəs razılığı əldə olunmuşdu.
Teqlər: iqna ، liviya ، əhrar ، mitiqa
Ad:
E-poçt:
* Comment: