IQNA

Bəhreynli məhbus qadınlara əzadarlıq qadağan edilib

19:21 - September 12, 2018
Xəbər sayı: 3483843
Bəhreynin insan haqları və demokratiya mərkəzi sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, Bəhreyn rejiminin həbsində olan şiə xanımlara Məhərrəmlik əzadarlığı mərasimi keçirmək qadağan edilib.

Bəhreynli məhbus qadınlara əzadarlıq qadağan edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-Lölö” beynəlxalq peyk televiziya kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəhreynin insan haqları və demokratiya mərkəzi Bəhreyn rejiminin həbsində olan şiə xanımlara Məhərrəmlik əzadarlığı mərasimi keçirmək qadağan edilib.

Bəhreynin insan haqları və demokratiya mərkəzi bu barədə “tyuter” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumatda deyilir: Bəhreynin İsa şəhərinin qadın həbsxanasının rəisi həbsxanada olan “söz azadlığı məhbusları” Hacər Mənsur, Mədinə Əli və Nəcah Şeyx adlı üç xanıma məhərrəmlik əzadarlığı mərasimini keçirməyi qadağan edib.

“Mənaməpost” xəbər və informasiya portalının yaydığı xəbərdə isə deyilir ki, Ali-Xəlifə rejiminin silahlı muzdurları mülki geyimlərdə, tankların və hərbi texnikanın müşayəti ilə “Bilad Qədim” rayonunda Aşura bayraqlarına, əzadarlıq simvollarına və əzadarlara hücum ediblər.

Bəhreynin “14 fevral inqilabı”nın üzvləri koalisiyası bu məsələyə etirazlarını bildirərək bunu Ali-Xəlifə “şiəofobiya” cinayətlərinin davamı hesab ediblər.  

http://iqna.ir/fa/news/3746205  

Teqlər: iqna ، bəhreyn ، ali-xəlifə
captcha