IQNA

AŞURA günü Kərbəlanı 60 min təhlükəsizlik qüvvəsi qoruyacaq

7:43 - September 19, 2018
Xəbər sayı: 3483896
Məhərrəm ayı əzadarlığı günlərində, həmçinin AŞURA və TASUA günlərində İraqın Kərbəla şəhərində 60 min təhlükəsizlik qüvvəsi İmam Hüseyn (ə) zəvvarlarının təhlükəsizliyini təmin edəcəklər.

AŞURA günü Kərbəlanı 60 min təhlükəsizlik qüvvəsi qoruyacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhərrəm ayı əzadarlığı günlərində İraqın Kərbəla şəhərində 60 min təhlükəsizlik qüvvəsi xidmət göstərir.

Dünən, həftənin ikinci günü, 18 Sentyabr 2018-ci il, “Rafidin” əməliyyat komandiri Əli ibn İbrahim Dəbun elan edib: Məhərrəm ayının əzadarlığı günlərində Kərbəla şəhərinə təhlükəsizlik qüvvələri yerləşdirilib. Aşura gecəsi İmam Hüseynə (ə) əza saxlayan zəvvarları təhlükəsizliyini 60 min təhlükəsizlik qüvvəsi təmin edəcəkdir.

O əlavə edib: Təhlükəsizlik qüvvələri ümumu toplantıları, AŞURA əzadarlıqları keçirilən yerləri, əzadarlıq məclislərini, mukəbləri, heyətləri, hüseyniyyələri və zəvvarların yollarını nəzarətdə saxlayacaqlar.

“Rafidin” əməliyyat komandiri Əli ibn İbrahim Dəbun əlavə etdi: Təhlükəsizlik tədbirləri cari həftənin şənbə gününə qədər davam edəcəkdir.

http://iqna.ir/fa/news/3748283

 

Teqlər: iqna ، imam hüseyn ، tasua ، aşura
captcha