IQNA

Şimali Afrika və Orta Şərq iqtisadiyyatı konfransı keçiriləcək

7:23 - September 25, 2018
Xəbər sayı: 3483939
Gələn il Şimali Afrika və Orta Şərq ölkələri iqtisadiyyatı beynəlxalq konfransı keçiriləcəkdir. Konfransa İordaniya dövləti evsahibliyi edəcəkdir.

Şimali Afrika və Orta Şərq iqtisadiyyatı konfransı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn il (2019) Şimali Afrika və Orta Şərq ölkələri iqtisadiyyatı beynəlxalq konfransı keçiriləcəkdir. Konfransa İordaniya dövləti evsahibliyi edəcəkdir.

Şimali Afrika və Orta Şərq ölkələri iqtisadiyyatı beynəlxalq konfransı İordaniyada “2-ci Məlik Abdullah adına inkişaf fondu”nun həmkarlığı ilə keçiriləcəkdir.

Konfransda qadınlar üçün iş yerləri və məşğuliyyət yaradılması məsələsinə xüsusi diqqət ayrılacaqdır. Həmçinin ətraf mühitin mühafizəsi məsələsi konfransda müzakirə edilən əsas mövzulardan biri olacaqdır.

Bu konfransda dünyanın və regionun iqtisadiyyat məsələləri üzrə yüksək vəzifəli məsullarının iqtisadi problemlərin həlli yollarını müzakirə etmək üçün görüşləri və müzakirələri olacaqdır.  

http://iqna.ir/fa/news/3749820

captcha