İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Sulavisi adasının Palu şəhərinin "Ərqəm Babur-Rəhman" məscidi sonuncu sunami dağlalarının yaratdığı seldə salamat qaldı.
Möhkəm sütunlara malik olan bu məscid Sunami dalğalarına qələbə çalıb. Məscidin sütunları dağılsada divarları dağılmayıb, zahiri formasını itirməyib və suyun üzərində qalıb.
Qeyd edək ki, keçən ayın (Sentyabr) 28-də İndoneziyanın Sulavisi adasındakı Palu şəhəri zəlzələ və sunamidən sonra yerlə yeksan olmuşdur. Bu hadisədə 2073 nəfər həyatını itirmişdir.