IQNA

Əfqanıstanın Milli Qadınlar Konqresi ilk iclasını keçirdi

7:50 - October 16, 2018
Xəbər sayı: 3484067
Əfqanıstanın milli qadınlar şurasının ilk iclası "sülh" mövzusu ilə əlaqədar ölkənin Bədəxşan əyalətinin Feyzabad şəhərində əyalət başçısının iştirakı ilə keçirilib.

Əfqanıstanın Milli Qadınlar Konqresi ilk iclasını keçirdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Əfqanıstanın Milli Qadınlar Konqresi və milli qadınlar şurası ilk iclasını "sülh" mövzusu ilə əlaqədar Bədəxşan əyalətində keçirib.

Bədəxşanın əyalət hakimi Feyzabad şəhərində keçirilən bu iclasda deyib: Sülh milli bir məsələdir. Və təkcə hakimiyyətə aid bir şey deyil. Qadınlar da sülh və sabitliyin bərpası üçün tarix boyunca çoxlu qurbanlar vermişlər və sülhün bərqərar omasında çox mühüm rol ifa etmişlər.

İclasın davamında Əfqanıstanın Sülh Ali Şurasının üzvü Leyla Cəfəri çıxış edərək deyib: Qadınların sülhtələb şurası Əfqanıstan dövlətinin bu yöndəki səylərinin gücləndirir ki, cəmiyyətin təhlükəsizliyini və sülhün bərqərar edilməsini uğurla başa vura bilsin.

Qeyd edək ki, Əfqanıstanda sonuncu müharibə Ben Ladenin başçılıq etdiyi "əl-Qaidə" terror təşkilatının Nyu-Yorka terror hücumu etməsi bəhanəsi ilə başladılıb və indiyədək də davam edir.  

http://iqna.ir/fa/news/3756175

captcha