IQNA

Azərbaycanın Əhli-Beyt (ə) şairləri İranın qonağıdır

8:54 - October 16, 2018
Xəbər sayı: 3484070
Azərbaycan respublikasının Əhli-Beyt (ə) şairləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Təbrizə ezam ediliblər.

Azərbaycanın Əhli-Beyt (ə) şairləri İranın qonağıdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycan respublikasının Əhli-Beyt (ə) şairləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Təbrizə səfər ediblər.

Bakılı qonaqlar bu gün, həftənin ikinci günü, 16 Oktyabr 2018-ci il, Təbrizdə keçiriləcək "Azərbaycan Aşura ədəbiyyatı"nın beynəlxalq anım toplantısında iştirak edəcəklər.

İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Əlaqələri Mərkəzinin və Təbriz universitetinin həmkarlığı ilə beynəlxalq toplantıya Azərbaycanın Əhli-Beyt şairləri Sənan Bədəlov, Elgün Salahlı, Yaşar Abdullayev, Gülbala Baləhmədov, Rəşad Novruzov, Bəhruz Əmirov və digərləri dəvət ediliblər.

"Azərbaycan Aşura Ədəbiyyatı" beynəlxalq toplantısının hədəfi Aşura mədəniyyətini  yayan şairlərin dəyərləndirilməsidir.

Gürcüstan, Türkiyə, İran və Azərbaycan şairlərinin iştirak etdiyi bu toplantı bu gün, günün ikinci yarısında (15:00) Təbriz universitetinin Vəhdət zalında keçiriləcəkdir.     

http://iqna.ir/fa/news/3756186

captcha