IQNA

Hamburqda Peyğəmbərin (s) vəfatı münasibətilə əzadarlıq mərasimi keçiriləcək

10:36 - November 06, 2018
Xəbər sayı: 3484125
Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin il dönümü münasibəti ilə əzadarlıq mərasimi keçiriləcəkdir.

Hamburqda Peyğəmbərin (s) vəfatı münasibətilə əzadarlıq mərasimi keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatının və İmam Həsənin (ə) şəhadətinin il dönümü münasibəti ilə əzadarlıq mərasimi keçiriləcəkdir.

Səfər ayının son 10 günlüyünün əzadarlıq mərasimləri Hamburqun İslam Mərkəzində Oktyabr ayının 29-da, İmam Hüseynin (ə) ƏRBƏİN mərasimi münasibəti ilə başlayıb və Noyabr ayının 8-dək (Peyğəmbərin (s), İmam Həsənin (ə) və İmam Rzanın (ə) şəhadət günləri əzadarlıq mərasimləri) davam edəcəkdir.

Hamburq İslam Mərkəzinin elan etdiyinə görə, əzadarlıq mərasimləri hər gecə yerli vaxtla saat 18:00-da, Məğrib namazından sonra başlayacaqdır. Mərasimlər Qurani-Kərimin tilavəti ilə başlayacaq, Ayətullah Əhməd Abidinin çıxışı və Seyid Məhəmməd Qazəvinin məddahlığı ilə davam edəcəkdir.

Mərasimlərlə əlaqədar İslam Mərkəzində uşaqlar və yeniyetmələr üçün mədəni və elmi proqramlar icra ediləcəkdir.

http://iqna.ir/fa/news/3761543  

captcha