IQNA

İmam Hüseynin (ə) hərəmində ən böyük "sərdab" tikilir

11:49 - November 06, 2018
Xəbər sayı: 3484126
İraqın Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında, hərəmin daxili həyətində "qiblə sərdabı" (zirzəmi) tikiləcək.

İmam Hüseynin (ə) hərəmində ən böyük İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahında, hərəmin daxili həyətində "qiblə sərdabı" (zirzəmi) tikiləcək.

İmam Hüseynin (ə) hərəminin daxilində tikiləcək yeni böyük zirzəmi (sərdab / sirdab) hərəmin cənubunda, Zeynəbiyyə qapısından Rəca qapısınadək məsafəni əhatə edəcəkdir.

İmam Hüseyn (ə) ziyarətgahının genişləndirilməsi layihəsinin mühəndisi və texniki layihələr departamentinin rəisi Hüseyn Rza Mehdi yaxın günlərdə yeni sərdabın tikintisinin başlanılacağına işarə edərək deyib: "ər-Rəs" və "əl-Hair" sərdabları arasındakı əlavə boş məsafənin də yeni sərdaba birləşdirilməsi planı yoxlanılır.

Məlumatda deyilir ki, son illərdə İmam Hüseynin (ə) ziyarətgahının qərbi həyətində tikilən "Rə`suş-Şərif" sərdabı başa çatmış və bu ilin ƏRBƏİN mərasimində çoxsaylı ziyarətçilərin istifadəsinə verilmişdir.

Qeyd edək ki, Qiblə sərdabı İmam Hüseynin (ə) hərəmində tikiləcək ən böyük sərdab (zirzəmi) olacaqdır.   

http://iqna.ir/fa/news/3761588  

Teqlər: imam hüseyn ، Ərbəin ، hərəm ، sərdab ، sirdab
captcha