IQNA

Fələstinlilərin 33-cü "Cümə qayıdış yürüşləri"ndə 25 nəfər yaralandı

9:17 - November 10, 2018
Xəbər sayı: 3484141
Qəzza sahillərində yaşayan minlərlə Fələstinli dünən, Cümə və Əsr namazlarından sonra müxtəlif regionlardan sərhəd zolağına axışaraq "Cümə qayıdış yürüşləri"ndə iştirak ediblər.

Fələstinlilərin 33-cü İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qəzza sahillərində yaşayan minlərlə Fələstinli dünən, həftənin Cümə günü, 9 Noyabr 2018-ci il, Cümə və Əsr namazlarından sonra müxtəlif regionlardan sərhəd zolağına axışaraq "Cümə qayıdış yürüşləri"ndə iştirak ediblər.

Sayca 33-cü "Cümə qayıdış yürüşü" olan, Fələstinin yürüşlərinin keçirilməsi üzrə milli ali heyətinin dəvəti və "nəhs vədənizi məğlub edəcəyik" devizi ilən keçirilən bu aksiyalarda 25 nəfərdən çox insan yaralanıb.

Fələstinin yürüşlərinin keçirilməsi üzrə milli ali heyəti və yürüş iştirakçıları bildiriblər ki, bu mübarizə başda Qəzzə mühasirəsinin götürülməsi və fələstinlilərin bütün hədəfləri həyata keçincəyədək davam edəcəkdir.

Qeyd edək ki, bu yürüşlər cari ilin Mart ayının 30-dan başlayıbdır. İndiyədək bu yürüşlərdə 233 nəfər şəhid olub və 24500 nəfər insan yaralanmışdır.

http://iqna.ir/fa/news/3762391

captcha