IQNA

İordaniyanın "sərhədsiz möminlər müəssisəsi"nin baş katibi oğurlandı

13:46 - November 10, 2018
Xəbər sayı: 3484145
İordaniyanın İctimai Təhlükəsizlik Bürosunun yaydığı məlumata əsasən, bu ölkənin Oman şəhərinin Tariq rayonunda "sərhədsiz möminlər müəssisəsi"nin baş katibi Yusif Qəndil qaçırılıb.

İordaniyanın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın İctimai Təhlükəsizlik Bürosunun yaydığı məlumata əsasən, bu ölkənin Oman şəhərinin Tariq rayonunda "sərhədsiz möminlər müəssisəsi"nin baş katibi Yusif Qəndil qaçırılıb.

Oman şəhərinin "sərhədsiz möminlər müəssisəsi"nin baş katibi Yusif Qəndilin maşını Tariq rayonu ərazisində tapılıb.

Yusif Qəndilin qardaşı Adil Qəndil bu barədə deyib: Yusifin maşını qeyri-adi vəziyyətdə, mühərrik işlək, qapılar açıq və çıraqlar yandığı haldığı tapılıb.

Adil Qəndil keçən həftə qardaşının ölümlə hədələndiyini və təhdid edildiyini deyərək bildirib ki, bu məsələdə "ixvanul-müslimin" dəstəsinin üzvlərindən şübhələnir.

Qeyd edək ki, "sərhədsiz möminlər müəssisəsi" tədqiqat institutudur və 2013-cü ildə təsis edilmişdir. Bu müəssisənin baş qərargahı Mərakeşin Ribat şəhərində yerləşir və bəzi ərəb ölkələrində ofisləri vardır.

http://iqna.ir/fa/news/3762443  

captcha