IQNA

ABŞ kilsələri sionist rejiminə kəskin etiraz etdi

14:02 - November 10, 2018
Xəbər sayı: 3484146
Sionist rejimi İsrailin parlamenti (knesset) sabah, həftənin bazar günü, 11 Noyabr 2018-ci il, Qüds şəhərinin kilsələrinin əmlakının müsadirə edilməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaqdır.

ABŞ kilsələri sionist rejiminə kəskin etiraz etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  işğalçı sionist rejimi İsrailin parlamenti (knesset) sabah, həftənin bazar günü, 11 Noyabr 2018-ci il, Qüds şəhərinin kilsələrinin əmlakının müsadirə edilməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaqdır.

Son hesabata görə, məsihilərin (xristian) torpaq sahələri, ticarət obyektləri, məktəb və mədrəsələri, hotel və xəstəxanaları Qüds şəhərinin qədim ərazilərinin 28 faizini ehtiva edir.

ABŞ kilsələrinin məsulları İsrailin bu özbaşınalığından narahat olduqlarını bildirərək sionistlərin belə bir addım atmasına kəskin şəkildə etiraz ediblər.

Onların kilsənin məsulu Amerikanın xarici işlər naziri Maykl ( Mayk) Riçard Pompeoya məktub göndərərək bu layihənin parlamentə çıxarılmasına mane olmasını tələb ediblər.

Onlar bildiriblər ki, yəhudilərin Qüdsdəki məsihi kilsələrinin əmlakına əl uzatması və kilsələrə vergi təyin etməsi Qüds xristianlarının qüdrətini çox kəskin şəkildə zəiflədəcəkdir.

Qeyd edək ki, Qüsdə olan kilsələr katolik, ortodoks, erməni, siryani, qibti və maruni kilsələridir. Onlar qondarma İsrail dövlətinə heç bir vergi ödəmirlər.

http://iqna.ir/fa/news/3762336  

Teqlər: iqna ، israil ، kilsə ، senaqoq
captcha