İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam Tədqiqatları Fondu "İslam dünyası, İslamdan öncə, Tarix və Siyasət" silsilə kitabları sırasında yeni üç əsərini Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq institutunun həmkarlığı ilə çap və nəşr etdi.
İslam Tədqiqatları Fondunun yeni çap etdiyi əsərlərdən biri "Boşuqlar və düşüncələr; Ərəb şərqinin tarixi səhifələrinin xatirələri" kitabıdır. Müəlliflər qrupu tərəfindən yazılan bu kitab 272 səhifədə çap və nəşr edilib.
Yeni çap edilən digər əsər isə 400 səhifəlik "Beytul-Hikmət və onun İslam mədəniyyəti və müsəlmanların elmi inkişafında təsiri" kitabının Rus dilində (Beytul-Hikmət; şərqdə elmlər akademiyasının tarixi) tərcüməsidir. Kitabın müəllifi Seyid Əbuturab Siyahpuş və mütərcimi İsmayıl Gibadlindir.
Üçüncü kitab isə "Liviya, 140 qəbiləli ölkə hara gedir" adlanır. Kitabın müəllifi Prof. Mariya Vidyasovadır. Bu kitab 208 səhifədə çap və nəşr edilmişdir. Mariya Vidyasova bundan öncə də "Tunis; 21-ci əsrin yolu" kitabını çap və nəşr etdirmişdi.