İngiltərənin paytaxtı London şəhərinin İslam Mərkəzində cari ilin Noyabr ayının 15-dən 2019-cu ilin Mart ayının 15-dək Qurani-Kərim müəllimlərinin yetişdirilməsi kursu keçiriləcək.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı London şəhərinin İslam Mərkəzində cari ilin Noyabr ayının 15-dən 2019-cu ilin Mart ayının 15-dək Qurani-Kərim müəllimlərinin yetişdirilməsi kursu keçiriləcək.
Sayca səkkizinci olan və iki semestr müddətində keçiriləcəkk bu kurslarda həm kişilər və həm də qadınlar iştirak edə biləcəklər.
Seyid Cəlal Məsumi, Məhəmməd Səid Bəhməmpur, Seyid Ziya Məkki və Məhəmmədəli Şimalinin ustadlığı ilə keçiriləcək bu kurslarda Qurani-Kərimin hifzi, qiraəti, təcvidi, üzünə oxunuşunun tədrisi qaydaları və metodları, həmçinin Qurani-Kərimin dastan və təfsirlərindən istifadə etmək və ayələrin tətbiqi metodları öyrədiləcəkdir.