IQNA

Türkiyəlilər Yəmən üçün ayağa qalxdı

7:31 - November 12, 2018
Xəbər sayı: 3484158
Onlar bu məqsədlə dünən, keçən həftənin bazar günü, 11 Noyabr 2018-ci il, Səudiyyə Ərəbistanın İstambuladı konsulluğunun önünə toplaşaraq etiraz şüarları səsləndiriblər.

Türkiyəlilər Yəmən üçün ayağa qalxdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Türkiyə xalqı Səudiyyə Ərəbistanın Yəmən xalqına qarşı törətdiyi cinayətlərə etiraz ediblər.

Onlar bu məqsədlə dünən, keçən həftənin bazar günü, 11 Noyabr 2018-ci il, Səudiyyə Ərəbistanın İstambuladı konsulluğunun önünə toplaşaraq etiraz şüarları səsləndiriblər.

Səudiyyə Ərəbistanın İstambuladkı konsulluğu önündə toplaşan çoxsaylı etirazçılar əllərində Ali-Səudun Yəmən xalqına qarşı törətdiyi cinayətləri əks etdirən plakardlar tutaraq Yəməndə müharibənin dayandırılmasını tələb ediblər.

Digər "KİV"-lərin verdiyi məlumata əsasən, “Zeynəbiyyə Gəncləri Hərəkatı Forumu”nun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Etiraz aksiyalarında Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri pislənilib və bu cinayətlərin bitməsi üçün dünya ictimaiyyətinin hərəkətə keçməsi tələb edilib.
Aksiyalarda Səudiyyə hakimiyyətinə qarşı şüarlar səsləndirən aksiyaçılar husi lideri Əbdül-Məlik Husinin fotolarını da daşıyıblar.
Aksiyanın yekun bəyanatında Səudiyyə tərəfindən Yəmən xalqının cəza çəkdiyi, 2015-dən indiyədək bu ölkənin başlatdığı müharibə ucbatından 50 min nəfərin öldüyü və 28 milyonluq əhalidən 22 milyonunun humanitar yardımlara möhtac vəziyyətə düşdüyü deyilib.

http://iqna.ir/fa/news/3763041

 
 
 
 
 
 
Teqlər: iqna ، yəmən ، türkiyə ، ali-səud
captcha