IQNA

Almaniyada ilk dəfə Düren şəhərində AZAN verilib

10:47 - November 13, 2018
Xəbər sayı: 3484165
Almaniyada məscidlərin minarələrindən Azan səsinin səsucaldıcılar ilə yayılmasının qədimdən qadağan edilməsinə baxmayaraq Düren şəhərinin Fateh məscidi 34 idir ki, Azan səsini əhaliyə çatdırır.

Almaniyada ilk dəfə Düren şəhərində AZAN verilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın bir çox şəhərlərində məscidlərin minarələrindən Azan səsinin səsucaldıcılar ilə yayılması qədimdən qadağan edilib.

Amma buna baxmayaraq Düren şəhərinin Fateh məscidi 34 il öncə ilk dəfə olaraq Azan səsini minarədən səsucaldıcılar ilə yayaraq şəhər əhalisinin qulağına çatdırdı.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin İQNA-ya göndərdiyi yaddaştda yazılıb: Türkdilli "Perspektiv" jurnalının yazıçı heyətinin üzü Fizzə Ağdəmirin "http://www.islamiq.de" saytında yayımladığı məqaləyə görə, Düren şəhərinin Fateh məscidi əslində qədim bir zavod olmuşdur.

Həmin 12 min kv.metr həyat sahəsi olan zavod 20-ci əsrin əvvələrində namazxanaya çevirilir. Sonralar zavodun binası təmir edilərək məscidə çevirilir.

Hazırda bu məscidin cavanlar klubu, maşın parkı, mağazası və müasir sistemlər təchiz edilmiş mətbəxi vardır. Hər Cümə namazında 500 nəfər namazqılana evsahibliyi edir. Bayram günlərində isə bu məsciddə namazqılanların sayı 2 min nəfərə çatır.

Şəhərin mərkəzindən 500 metr kənarda olan bu məscid 1974-cü ildə rəsmi fəaliyyətə başlayıb, 1984-cü ildə lisenziya alıb və gündə üç dəfə Azan səsini minarədən yayaraq əhalinin qulağına çatdırır.

Fateh məscidinin imamı Əhmər Kurt eşidəndə ki, Vyana da məsciddən azan yayımlanır, bu qərara gəlir ki, Fateh məscidindən də azan səsi yayılasın və bunun üçün icazə alır. Ona icazə verilir ki, Azan səsini minarə və səsucalıcılar vasitəsi ilə 1500 metrlik məsafədə yaya bilərlər.

Həmin zaman Fateh məscidindən azanın yayılmasına etiraz edənlər məsciddən məhkəməyə şikayət edirlər. Dörd il çəkən məhkəmə işindən sonra 1989-cu ildə məhkəmə hakimi məscidin lehinə rəy verir.

Fateh məscidindən azan səsinin yayıldığını eşidən digər 150 məscidin heyəti də Əhməd Kurtdan bu barədə həll yolu soruşurlar. Amma Almaniyanın müxtəlif əyalətlərinin özlərinə məxsus qanunları olduğu üçün bu həll yolu digər məscidlərdə keçərli olmur.       

http://iqna.ir/fa/news/3763358  

Teqlər: almaniya ، düren ، fateh məscidi ، iqna
captcha