IQNA

Vəhdət həftəsində Hindistanda Quran yarışları keçiriləcək

15:15 - November 13, 2018
Xəbər sayı: 3484166
Hindistanda vəhdət həftəsi (Rəbiul-Əvvəl ayının 12-17-İslami Təbliğat və Əlaqələr Təşkilatı  arası) münasibəti ilə Qurani-Kərim yarışlarının 19-cu tutu keçiriləcəkdir.

Vəhdət həftəsində Hindistanda Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanda vəhdət həftəsi (Rəbiul-Əvvəl ayının 12-17-İslami Təbliğat və Əlaqələr Təşkilatı  arası) münasibəti ilə Qurani-Kərim yarışlarının 19-cu tutu keçiriləcəkdir.

İran İslam Respublikasının Hindistandakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qurani-Kərimin qiraəti və hifzi üzrə keçirilən bu yarışlarda ölkənin 16 əyalətindən 116 nəfər işirak edəcəkdir.

Yarışlara qatılmaq üçün qeydiyyatdan keçən 250 nəfərdən 116 nəfəri sınaq imtahanlarından keçərək yarışlarda iştirak edə biləcəklər. Daha sonra isə yarışların ilk yerlərini qazananlar beynəlxalq yarışlarda iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Hindistanın 19-cu milli Quran yarışlarında iştirak edən 116 nəfərin 36 nəfəri Quranın hifzi və 80 nəfəri Quranın qiraəti üzrə yarışacaqlar.

http://iqna.ir/fa/news/3763309

Teqlər: iqna ، quran ، hindistan
captcha