IQNA

"DA" kitabının Türk dilinə tərcüməsinin təqdimatı keçirildi

20:24 - November 13, 2018
Xəbər sayı: 3484168
Təqdimat mərasimi İran İslam Respublikasının İstambuladkı Mədəniyyət Mərkəzinin təşəbbüsü və İslami İrşad və Mədəniyyət Nazirliyinin həmkarlığı ilə İstambulun 37-ci kitab sərgisində keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,  İran-İraq müharibəsi xatirələrindən danışan "DA" kitabının İstambul türkcəsinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi və "Müqavimət Ədəbiyyatı" seminarı İran İslam Respublikasının İstambuldakı Mədəniyyət Mərkəzinin təşəbbüsü və İslami İrşad və Mədəniyyət Nazirliyinin "mədəni sərgilərin keçirilməsi müəssisəsi"nin həmkarlığı ilə İstambulun 37-ci kitab sərgisində keçirilib.

"DA" kitabı iranlı inqilabçı xanım və Xürrəmşəhr savaşında 21 gün mühasirədə qalmış 17 yaşlı Zəhra Hüseyninin İran-İraq müharibəsi illərindəki xatirələrindən danışır. Kitabı İstambul türkcəsinə xanım Xədicə Yılmaz Aslan tərcümə etmişdir.

Təqdimat mərasimində İran İslam Respublikasının İstambuladkı baş konsulu Bəxtiyar Əsədzadə, İran İslam Respublikasının Ərzurumdakı Mədəniyyət Mərkəzinin rəisi Kuruş Müqtədiri, "müqəddə müdafiə" (İran-İraq müharibəsini iranlılar belə adlandırır) ədəbiyyatı yazarı Əli Əsğər İzzətipak və digər incəsənət və qələm əhli iştirak ediblər.   

http://iqna.ir/fa/news/3763744  

captcha