İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin üçüncü günü, 14 Noyabr 2018-ci il, Yəmən xalqı paytaxt Səna şəhərində Həzrət Məhəmməd (s) peyğəmbərin mübarək mövludu münasibəti ilə bayram mərasimi keçiriblər.
Peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə təşkil edilən bayram mərasimi Səna əyalətinin Ərhəb şəhərinin təhsil və maarif idarəsinin təşəbbüsü ilə keçirilib.
Səna əyalətinin Ərhəb şəhərinin təhsil və maarif idarəsinin rəisi Səddam Əzra həzrət peyğəmbərin (s) mövludunun qeyd edilməsi və peyğəmbərənin (s) yolunun davam etdirilməsi barədə danışaraq dedi: Müxtəlif münasibətlər ilə təşkil edilən bayram mərasimləri İslami prinsiplərin və dəyərlərin qorunub saxlanılması və yayılmasında əhəmiyyətli rol ifadə edir.
Peyğəmbərin (s) mövlud mərasimi Sənanın nüfuzlu şəxsiyyətlərinin iştirakı ilə keçirilib və mərasimdə şerlər və sürudlar oxunub.
http://iqna.ir/fa/news/3764163