İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "multumedia" qrupunun verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranın "əl-Ğədir" dini nəğmələr və sürud qrupu Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) imamət və vilayət misyasının başlandığı günün ildönümü münasibəti ilə "Bange İntizar" (İntizar sədası) adlı yeni videokilipini ilk dəfə təqdim edib.
Tehranın "əl-Ğədir" dini nəğmələr və sürud qrupunun yeni albomu İİR-nın Tele-Radi şirkətlər qrupunun 1-ci kanalında (TV1) istehsal edilmişdir.