IQNA

Pakistanda beynəlxalq "Aləmlərə Rəhmət" toplantısı keçiriləcək

10:06 - November 18, 2018
Xəbər sayı: 3484192
Pakistanın Dini İşlər Nazirliyi elan edib ki, Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə beynəlxalq "Aləmlərə Rəhmət" toplantısı keçiriləcək.

Pakistanda beynəlxalq İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Dini İşlər Nazirliyi elan edib ki, Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə beynəlxalq "Aləmlərə Rəhmət" toplantısı keçiriləcək.

Bu toplantı Noyabr ayının 20 və 21-də Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcəkdir.  

Nurul-Həqq Qadiri (Pakistanın Dini İşlər Naziri) bu barədə deyib: İslamabadda keçiriləcək "Aləmlərə Rəhmət" (Rəmətən lil-aləmin) beynəlxalq toplantısında Beytullahul-Həramın (Məkkə) camaat namazı imamı, İslam və Ərəb ölkələrinin alim və mütəfəkkiləri iştirak edəcəklər.

Toplantının birinci günü Pakistanın baş naziri İmran Xan və toplantının ikinci günü Pakistanın prezidenti Arif Ələvinin toplantıda çıxışı olacaqdır.   

http://iqna.ir/fa/news/3764891

captcha