IQNA

Taliban şiələrə hücum edərək hakimiyyətdə nüfuz etmək istəyir

22:32 - November 18, 2018
Xəbər sayı: 3484194
Əfqanıstan parlamentinin 11 nəfər üzvünün Ğəznidə yaşayan Həzarə şiələrindən seçilməsi Amerika və Taliban kimi düşmənləri narahat edir. Buna görə Taliban Əfqanıstan hakimiyyətinə nüfuz etmək istəyir.

Taliban şiələrə hücum edərək hakimiyyətdə nüfuz etmək istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzarələr Əfqanıstanda və qonşu ölkələrdə yaşayan üçüncü böyük tayfadırlar. Keçən aylar ərzində, xüsusilə də son həftələrdə Taliban Həzarələr yaşayan regionlara (Malistan, Cağuri, Həzarəcat) ardıcıl qanlı hücumlar ediblər.

Ğəzni əyalətində yerləşən bu ərazilərin əsas sakinləri şiələrdir. Son 18 ildə Taliban  bu əyalətə hücumlar etməmişdi və Ğəzni təhlükəsiz zona sayılırdı. Amma son aylarda Talibanın vəhşicəsinə hücumları nəticəsində minlərlə şiə öz evindən didərgin düşüb.

Keçən illər ərzində də Taliban Əfqanıstanın şimalında və Sərpol əyalətinin Mirzauləng rayonunda şiələrə hücum edərək yüzlərlə şiəni qətliam etmiş və bir o qədərini də evindən didərgin salmışdır.      

Əfqanıstanın "Atlaspress" xəbər agentliyinin müdiri Seyid Əhməd Musəvi Mübəlliğ İQNA ilə müsahibəsində dedi: Keçən aylar ərzində ABŞ və Taliban arasında birbaşa danışıqlar olub. ABŞ bu danışıqlarda Talibanın tədriclə Əfqanıstan hökumətini ələ keçirməyi ilə razılaşıb. Bu gün Taliban şiələr yaşayan regionlara hücum edərək bu məsələni reallaşdırmaq istəyirlər.

O dedi: Talibanın son günlərdə şiələrə hücumlarının kəskinləşməsi ABŞ-ın yaşıl işığı nəticəsində baş verir. Taliban ABŞ-la razılaşması əsasında həm hakimiyyətdə nüfuzunu artıqmaq və həm də daha çox ərazinin kontrolunu ələ almaq niyyətindədir.

Əfqanıstanın "Atlaspress" xəbər agentliyinin müdiri əlavə etdi: Bu məsələdə Ğəzni əyaləti mühüm strateji rol oynayır. Çünki Kabulu Qəndəhar və Hərata birləşdirən ana yoldur. Əfqanıstana daxil olan hər bir şeyi Çabhar bəndəri və Karaçi yolu ilə tranzit edirlər. İqtisadi yüklərin Əfqanıstanın şimalına, Kabula və digər rayonlarına göndərmək üçün Ğəzni marşurutu əhəmiyyət kəsb edir.

Seyid Əhməd Musəvi Mübəlliğ vurğuladı: Taliban Əfqanıstan hakimiyyətində nüfuz edərsə və daha çox ərazini ələ keçirərsə, Əfqanıstanın bazarının kontrolu da Talibanın əlinə düşəcəkdir. Kabulun bir saat yarımlıq məsafəsində yerləşən Ğəzni buna görə Taliban üçün əhəmiyyətlidir. Elə buna görə də hazırda Taliban Ğəzninin bir çox ərazilərini işğal etmişdir.  

Qeyd edək ki, son 18 ildə Ğəzninin Taliban və digər terroristlərin hücumlarında amanda qalması səbəb olmuşdu ki, bu əyalət elm, mədəniyyət və iqtisadiyyat baxımından yaxşı inkişaf etsin. Bu inkişaf səbəb olmuşdu ki, Əfqanıstan parlamentinin 11 nəfər üzvü Ğəzni şiələrindən seçilsin. Bütün bunlar hamısı ABŞ və Talibanı narahat edir və onlar şiələrin nüfuzunu azaltmaq və dövlətdə yerləşmək istəyirlər.  

http://iqna.ir/fa/news/3763722

Teqlər: iqna ، taliban ، ğəzni ، həzarə ، kabul
captcha