IQNA

Londanda Qurani-Kərim yarışları keçiriləcək

22:43 - November 18, 2018
Xəbər sayı: 3484195
Cari ilin Dekabr ayında İngiltərənin paytaxtı London şəhərinin "İmam Hüseyn (ə) İslam Mərkəzi"ndə Qurani-Kərimin hifzi və təfsiri üzrə yarışlar keçiriləcək.

Londanda Qurani-Kərim yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Dekabr ayında İngiltərənin paytaxtı London şəhərinin "İmam Hüseyn (ə) İslam Mərkəzi"ndə Qurani-Kərimin hifzi və təfsiri üzrə yarışlar keçiriləcək.

Dekabr ayının 7-də keçiriləcək bu yarışlar Londonun "Darul-Quran vəl-İtrət" (Quran və İtrət evi) tərəfindən təşkil edilmişdir.

Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə olan bu yarışlar Dekabr ayının 7-də xanımlar arasında və Dekabr ayının 8-də kişilər arasında keçiriləcəkdir.

Qurani-Kərim yarışları Quranın təhqiq və tərtil ilə oxunuşu, Təğabun surəsinin hifzi və təfsiri və Quranın cüzlərinin hifzi ixtisasları üzrə olacaqdır.  

Yarışlara qatılmaq istəyənlər üçün qeydiyyat başlamışdır. Qeydiyyat Noyabr ayının 23-dək davam edəcəkdir. Yarışların qaliblərinin adları isə Dekabr ayının 14-də elan ediləcəkdir.   

http://iqna.ir/fa/news/3765103  

captcha