IQNA

Liviyalı hədisşünas vəfat etdi

23:00 - November 18, 2018
Xəbər sayı: 3484196
Liviyalı ictimai xadim, dini fəal, hədisşünas və tanınmış din alimi Şeyx Əhməd Qətani dünən, həftənin Şənbə günü,  17 Noyabr 2018-ci il, 62 yaşında ikən dünyasını dəyişdi.

Liviyalı hədisşünas vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyalı hədisşünas və tanınmış din alimi Şeyx Əhməd Qətani dünən, həftənin Şənbə günü,  17 Noyabr 2018-ci il, 62 yaşında ikən dünyasını dəyişdi.

Şeyx Əhməd Qətani 1956-cı ildə Liviyanın Dürnə şəhərində anadan olmuş, Benqazi şəhərində yaşamış və yaratmışdır.

O, Liviyanın alimlərindən İslam elmləri, təfsir, hədis və Maliki fiqhini öyrənmişdir. Müasir elmləri isə İngiltərədə oxumuş və 1981-ci ildə vətəninə dönmüşdür.

Şeyx Əhməd Qətani İslami elmləri və Quran hifzini tədris edən "Şərqi Sahil" mərkəzinin təsisçisidir. Həmçinin Liviyanın Dürnə, Tubruq və Benqazi şəhərlərində ondan çox məktəbdə müəllim işləmişdir.

Bundan əlavə bu hədisşünas alim Dürnədə "Minarətus-Səhabə lil-ülumiş-şəriyyə" dini mərkəzini və Silin əyalətinin Xüms şəhərində Liviyanın ilk tarixi muzeyini təsis etmişdir.

Onun müxtəlif mövzularda yadigar qoyub getdiyi elmi əsərlərin sayı 75 civarındadır. Bu əsərlər şer, əlyazma nüsxələr, tarixi mövzular, ədəbiyyat, dini kitablardır ki, bəziləri teatr və televiziya proqramlarında istifadə edilmişdir.

http://iqna.ir/fa/news/3765074 

بزرگ‌ترین مرجع حدیث لیبی درگذشت

captcha