IQNA

Əfqanıstan peyğəmbərin (s) mövludunu rəsmi tətil elan etdi

0:11 - November 19, 2018
Xəbər sayı: 3484199
Əfqanıstan hakimiyyəti və ölkənin "İş və Sosial Məsələlər Nazirliyi" Həzrət Peyğəmbərin (s) mübarək mövludunun rəsmi tətil olaraq təqvimə salındığını elan edib.

Əfqanıstan peyğəmbərin (s) mövludunu rəsmi tətil elan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan hakimiyyəti və ölkənin "İş və Sosial Məsələlər Nazirliyi" Həzrət Peyğəmbərin (s) mübarək mövludunun rəsmi tətil olaraq təqvimə salındığını elan edib.

Əfqanıstanın "İş və Sosial Məsələlər Nazirliyi" cari həftənin ikinci gününü (20 Noyabr) Əhli-Sünnə məzhəbinə uyğun olaraq Peyğəmbərin (s) mövludu münasibəti ilə rəsmi tətil elan edib.

Qeyd edək ki, Əfqanıstanın 2018-ci ildə rəsmi tətil günlərinin sayı 6 gün elan edilmişdi. Bu altı gün tətil Novruz bayramı, İslam Dövlətinin Qələbəsi günü, əlillər və şəhidlərin xatirəsi günü, istiqlal günü, işçilər günü və uşaq gününü ehtiva edirdi. Həzrət Peyğəmbərin (s) mübarək mövlud gününün də rəsmi tətil elan edilməsindən sonra Əfqanıstanın rəsmi tətil günlərinin sayı yeddi oldu.

http://iqna.ir/fa/news/3765053

captcha