IQNA

Misrin məşhur Quran qarisi vəfat etdi

22:13 - November 19, 2018
Xəbər sayı: 3484203
Misrin məşur Quran qarisi Şeyx Məhmud Əbul-Vəfa Səidi bu gün, həftənin birinci günü, 19 Noyabr 2018-ci il, 64 yaşında ikən, Ümrə Həcci səfərindən qayıtdıqdan sonra dünyasını dəyişdi.

Misrin məşhur Quran qarisi vəfat etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin məşur Quran qarisi Şeyx Məhmud Əbul-Vəfa Səidi bu gün, həftənin birinci günü, 19 Noyabr 2018-ci il, 64 yaşında ikən, Ümrə Həcci səfərindən qayıtdıqdan sonra dünyasını dəyişdi.

Mərhumun cənazəsi sabah, 20 Noyabr 2018-ci il, Zöhr və Əsr namazlarından sonra Qahirənin "Seyyidə Zeynəb (s)" məscidindən başlayaraq təşyi ediləcək və əzadarlıq məclisi mərhumun Qahirənin "əl-İmadi" rayonundakı evində keçiriləcəkdir.

Mərhum Şeyx Məhmud Əbul-Vəfa Səidi 1954-cü ildə Usvan əyalətinin "Kəlhul-Cəbəl" şəhərində anadan olmuşdur. Onun atası öz dövrünün böyük din alimlərindən olub.

O, Qurani-Kərimi 4 yaşında olandan anasından öyrənib, Quran məktəbxanasını bitirdikdən sonra isə Qahirənin "əl-Əzhər" İslam Elmləri Mərkəzində Quran elmləri və qiraət fənlərini ixtisasını oxumuşdur.

Şeyx Məhmud Əbul-Vəfa Səidi Misrin və İslam dünyasının məşhur qarilərindən idi və gözəl, güclü və ürəyəyatımlı səsi ilə məşhurlaşmışdı.   

http://iqna.ir/fa/news/3765455

Teqlər: iqna ، misr ، qari ، qiraət
captcha