IQNA

2018-ci ildə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib

19:40 - November 20, 2018
Xəbər sayı: 3484207
2018-ci ilin əvvəlindən indiyədək İsrailin işğalı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. 
2018-ci ildə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2018-ci ilin əvvəlindən indiyədək İsrailin işğalı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 52 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. 
Maide.Az "iribnews"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib. Məlumata görə, onlardan 46-ı Qəzza Zolağında, 6-ı isə Qərbi Şəriədə güllələrə hədəf olublar. 
Hesabatda “İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir” sözlərinə yer verilib.
Qeyd olunub ki, 2000-ci ildən indiyədək  2070-dən çox fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. 
Fələstinli Əsirlər klubunun məlumatına görə, hazırda həmçinin 350-yə yaxın fələstinli uşaq da  çox ağır şəraitdə sionist rejim həbsxanalarında saxlanılır. 
captcha