IQNA

Çinli xanımın həbsdən sonra Qurani addımı

22:02 - November 20, 2018
Xəbər sayı: 3484209
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində əbədi həbslə məhkum edilmiş Çinli xanım həbsxanadan çıxandan sonra Qurani-Kərimin hifzi təlimi mərkəzi təsis edib.

Çinli xanımın həbsdən sonra Qurani addımıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərində əbədi həbslə məhkum edilmiş Çinli xanım həbsxanadan çıxandan sonra Qurani-Kərimin hifzi təlimi mərkəzi təsis edib.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin qadınlar həbsxanasının türmə rəisi Cəmilə Zəabi bu xəbəri təsdiq edərək deyib: Bu çinli xanım həbs edildikdən sonr həbsxananın Quran qiraəti və din maarifi dərslərində iştirak etdi. Bunun nəticəsində də İslam dinini qəbul edərək müsəlman oldu. Daha sonra isə Quran hifzi dərslərinə yazılaraq Quranı hifz etdi.

Cəmilə Zəabi vurğuladı: Çinli xanımın Quranı əzbərlərməsi əvvəlcə cəzasının yüngülləşməsinə, sonda isə həbsdən azad edilməsinə səbəb oldu. Həbsxanadan çıxandan sonra bizə bildirdi ki, Quran hifzi təlimi mərkəzi açmaq fikrindədir və istəyir ki, öz ölkəsində din təlimləri mərkəzi təsis etsin.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin qadınlar həbsxanasının türmə rəisi Cəmilə Zəabi əlavə etdi: İndiyədək həbsxanamızdan azadlığa çıxmış 5 xarici xanım öz ölkələrində həbsxanada öyrəndikləri peşələr əsasında böyük işlər görüblər.      

http://iqna.ir/fa/news/3765240

Teqlər: çin ، quran hafizi ، bƏƏ ، həbsxana
captcha