IQNA

Kenyalı xristian İslamı qəbul etdi

13:17 - November 21, 2018
Xəbər sayı: 3484215
Kenyanın paytaxtı Nayrubi şəhərinin ailəsiz və yetim uşaqların saxlanılması mərkəzində tibb bacısı işləyən xanım Stefaniya Savay İslam dinini qənul edərək şiə müsəlman olub.

Kenyalı xristian İslamı qəbul etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kenyanın paytaxtı Nayrubi şəhərinin ailəsiz və yetim uşaqların saxlanılması mərkəzində tibb bacısı işləyən xanım Stefaniya Savay İslam dinini qənul edərək şiə müsəlman olub.

Onun İslam dini və şiə məzhəbini qəbul etməsinə səbəb İran İslam Respublikasının Şiraz şəhərindən olan iranlı Seyid Hisam Təqizadə bais olub.

Xanım Stefaniya Savay müsəlman olduqdan sonra özünə Reyhanə adını seçmişdir.

İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Mərkəzi bu xəbəri elan edərək dedi: İslam dinini qəbul edən kenyalı Reyhanə xanım müsəlman olduqdan sonra onu şiə məzhəbinə hidayət edən şirazlı Seyid Hisam Təqizadə ilə ailə həyatı qurub. Onların nikahları İran İslam Respublikasının Kenyadakı səfirliyində rəsmi şəkildə qeydə alındıqdan sonra ikimilliyyətli yeni ailə İrana qayıdacaq.

Bu xristian xanımın İslam dininə müşərrəf olması mərasiminə Nayrubinin "Rəsuli-Əkrəm (s)" mədrəsəsinin müdiri Höccətul-İslam vəl-müslimin Seyid Hişam Mürtəza rəhbərlik edib.   

http://iqna.ir/fa/news/3765631

captcha