IQNA

Ərəb mediasının sevimli qariləri – Foto

8:25 - December 08, 2018
Xəbər sayı: 3484305
Misrin müasir dövrünün Quran qarilərinin tilavətləri və "ibtihal"ları müsəlmanlar arasında ən çox sevilən qiraətlərdir. Həmin tilavətlər Ərəb ölkələrinin televizya və radiolarında daha çox yayımlanıb.

Ərəb mediasının sevimli qariləri – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin müasir dövrünün Quran qarilərinin tilavəti müsəlmanlar arasında ən çox sevilən qiraətlərdir.

Misr qarilərinin tilavətləri Ərəb ölkələrinin televizya və radiolarında daha çox yayımlanıb və Misr qariləri mediada ən çox sevilən qarilərdirlər.

Bu cəhətdən Misrin din maarifi radiosunun arxivi çox əhəmiyyətlidir. Bu arxivdə Quran qarilərinin ən nadir səs lentləri və din alimlərinin aztapılan təfsir və hədis dərslərinin audioyazıları vardır.

Həmin arxivdə saxlanılan audio lentlər arasında 1960-cı illərdə Misrin rəsmi televiziya kanallarında və radiosunda tilavət etmiş Quran qarilərinin və İslam maarifi tədris edən alimlərin səs yazıları indi də Ərəb ölkələrinin media vasitələrinin diqqət mərkəzindədir.

Misr qarilərinin qızıl dövrü adlanan dövrdə Quran tilavət edənlər arasında daha çox sevilənlər isə Əbdülbasit Əbdüssəməd, Məhəmmər Rəfət, Məhmud Xəlil Hüsəri, Məhəmməd Siddiq Minşavi, Əhməd Nüəynə, Məhmud Əli Bənna, Məhmud Təblavi kimi qarilər və Seyid Məhəmməd Nəqşbəndi kimi "mübtəhil"çilər olublar.     

http://iqna.ir/fa/news/3769654  

Əbülbasit Əbdüssəməd
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس 
 
Məhəmməd Rəfət
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Məhmud Xəlil Hüsəri
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Məhəmməd Siddiq Minşavi
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Əhməd Nüəynə
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Məhəmməd Əli Bənna
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Məhmud Təblavi
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Seyyid Məhəmməd Nəqşbəndi (ibtihalçının cavanlığı)
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Seyyid Məhəmməd Nəqşbəndi (ibtihalçının qocalığı)
محبوب‌ترین قاریان رسانه‌های جهان عرب+عکس
 
Teqlər: misr ، quran ، səs yazısı ، audio lent ، tilavət ، radio
captcha