IQNA

Faryabda insani faciə baş verir

9:07 - December 12, 2018
Xəbər sayı: 3484332
Əfqanıstanın Faryab əyalətinin "Pəştunkut" regionunda minlərlə ailə kəskin qida çatışmamazlığı üzündən humanitar fəlakət və insani faicə ilə üz-üzədir.

Faryabda insani faciə baş verirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Faryab əyalətinin "Pəştunkut" regionunda minlərlə ailə kəskin qida çatışmamazlığı üzündən humanitar fəlakət və insani faicə ilə üz-üzədir.

Əfqanıstanın Faryab əyalətinin şura rəisi Məhəmməd Tahir Rəhmani bu barədə deyib: Taliban terror qruplaşmasının silahlılarının mühasirəsində olan bu insanlara ən tez zamanda qida məhsulları çatdırılmasa, bu regionda böyük insani faciə və fəlakət baş verəcək.

Faryab əyalətinin "Pəştunkut" regionundan canlarını qaçıb qurtaran şahidlər deyiblər ki, bu rayon uzun müddətdir ki, Taliban terrorçularının mühasirəsindədir. Bir neçə həftə qabaq terrorçular bu rayona gedən bütün yolları bağlayıblar.

Həmin əyalətin "Səhhövz" kəndindən olan Vəli Məhəmməd adlı sakin deyib: Mühasirədə qalanlar arasında indiyədək bir uşaq, bir qadın və bir qoca kişi aclıqdan ölüb.

Faryab əyalətinin qubernatoru Cavid Bidar bu barədə açıqlama verərək deyib: Regionda iki maşın qida məhsulları göndərmişik. Təhlükəsizlik qüvvələri də hazırda yolların açılması əməliyyatını icra etmək üçün hazırlaşırlar.

Qeyd edək ki, bu region artıq bir aydır ki, Taliban terror dəstəsinin mühasirəsindədir. Taliban həmin ərazidə 500-600 nəfər əhalisi olan 3 kəndi mühasirə edib. Region ağsaqqalları Talibanın başçıları ilə danışlqara başlayıblar. Əgər bu danışıqlar nəticəsiz qalarsa, hərbi əməliyyatlar başlayacaq.

Pəştunkut Əfqanıstanın şimal-qərbində yerləşən Faryab əyalətinin rayonlarından biridir. Burada yaşayanların əksəriyyəti özbəklər, taciklər, pəştun və digər tayfalardır.  

http://iqna.ir/fa/news/3771625  

Teqlər: faryab ، pəştunkut ، Əfqanistan
captcha